Baydendən “Əl-Qaidə” liderinin öldürülməsinə REAKSİYA

09:15 - 02 Avqust 2022

Baydendən “Əl-Qaidə” liderinin öldürülməsinə REAKSİYA

“Ədalət bərqərar oldu və bu terrorçu lider artıq yoxdur”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirinin öldürülməsinə münasibət bildirərkən deyib.

“Nə qədər vaxt aparsa da, harada gizlənsəniz də, xalqımız üçün təhlükə olsanız, Birləşmiş Ştatlar sizi tapıb çıxaracaq. O, Amerika vətəndaşlarına, Amerika hərbçilərinə, Amerika diplomatlarına və Amerika maraqlarına qarşı qətl və zorakılıq izini qoydu” – Bayden açıqlamasına əlavə edib.

Qeyd edək ki, ABŞ hökuməti “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirin Kabildə yaşadığı evdə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az