Ukraynanın NATO-ya qəbulu barədə qərarı ilə bağlı pentaqon rəhbərindən AÇIQLAMA

09:37 - 02 Oktyabr 2022

Ukraynanın NATO-ya qəbulu barədə qərarı ilə bağlı pentaqon rəhbərindən AÇIQLAMA

ABŞ hakimiyyəti NATO-nun “açıq qapı” siyasətinə sadiqdir, lakin alyansa yeni üzvlərin qəbulu barədə qərar blokun bütün ölkələri tərəfindən verilməlidir.

Manset.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına şərh edərkən deyib.

“ABŞ NATO-nun “açıq qapı” siyasətinə sadiqdir. Lakin bunun necə baş verəcəyi, həqiqətən də səs verən 30 NATO ölkəsinin, eləcə də alyansa qoşulmaq istəyən ölkənin qərar verəcəyi məsələdir”-deyə, o bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az