9 ölkə Ukraynanın NATO üzvlüyünü dəstəklədi

14:46 - 02 Oktyabr 2022

9 ölkə Ukraynanın NATO üzvlüyünü dəstəklədi

Mərkəzi və Şərqi Avropanın 9 ölkəsi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir.

 

Manset.az xəbər verir ki, 9 ölkənin prezidenti Litva prezidentinin saytında birgə bəyannamə imzalayıblar.

Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildiririk. Rusiyanın Ukrayna ərazisini ilhaq etmək cəhdlərini tanımırıq və tanımayacağıq da. 2008-ci ildən Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik”, - bəyanatda qeyd olunub.

Birgə bəyanata Çexiya Prezidenti Miloş Zeman, Estoniya Prezidenti Alar Karis, Latviya Prezidenti Egils Levits, Litva Prezidenti Gitanas Nauseda, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Monteneqro Prezidenti Milo Cukanoviç, Polşa Prezidenti Andjey Duda, Rumıniya Prezidenti Klaus Yohannis və Slovakiya Prezidenti Suzana Çaputova imza atıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az