Türkiyənin Muğla vilayətinin Köyceyiz rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 8.11 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.