Moskva vilayətində rusiyalı qadın səfərbərlikdən yayınan keçmiş əri barədə polisə müraciət edib.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, qadının 38 yaşlı əri paytaxtın hərbi komissarlıqlarından birində hərbi qeydiyyatdadır. Ancaq səfərbərliyin başlaması ilə Puşkino şəhərində kirayə mənzildə gizlənməyə qərar verib.
Qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, boşandıqdan sonra onunla kişi arasında qızının tərbiyəsi ilə bağlı mübahisələr yaranıb.