Putinin qatarı yola düşdü: İçindəkilələrlə bağlı iddia avropanı təşvişə saldı

12:25 - 04 Oktyabr 2022

Putinin qatarı yola düşdü: İçindəkilələrlə bağlı iddia avropanı təşvişə saldı

Rusiyadan çıxıb Ukraynaya doğru gedən Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə bağlı qatarın nüvə silahı proqramı üçün avadanlıq daşıya biləcəyi iddiası Avropanı təşvişə salıb. Mövzu Qərb mediasında gündəm olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyayönlü paylaşımlar edən “Rybar” Telegram kanalı qatarın görüntülərini paylaşaraq, böyük yük karvanının zirehli transportyorlar və digər hərbi texnikanı Ukraynaya apardığını açıqlayıb.

Ukraynalı müdafiə eksperti Konrad Muzyk qatarın bağlı olduğu 12-ci Baş İdarənin birbaşa nüvə silahı ilə əlaqəli olduğuna diqqət çəkərək deyib:

“Bu qatar Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinə məxsusdur. Bu idarə nüvə sursatlarının saxlanması, saxlanması, daşınması və bölmələrə çatdırılmasına cavabdehdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az