“Şimal axını” qaz kəmərlərində baş verən sızmadan sonra Böyük Britaniya işə qarışıb. London boru kəmərlərini qorumaq üçün dünən Şimal dənizinə freqatlar göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyi "gəmi boru kəmərləri yaxınlığında işləyənlərə inamı aşılamaq üçün" yola çıxdığını söyləyib.
Qeyd edilib ki, freqat Norveç donanması ilə işləyir.