İran peykləri bir orbitdən digər orbitə sınaqdan keçirmək məqsədilə suborbital kosmosa çıxarmaq üçün hazırlanmış kosmik yedək gəmisini uğurla işə saldığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin Kosmik Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış “Hay Orbit Transfer Vehicle” adlanan kosmik yedək gəmisi Müdafiə Nazirliyi tərəfindən orbitə buraxılıb.
Bildirilib ki, vasitə peykləri dünyanın müxtəlif orbitləri arasında hərəkət etdirmək və peyklərin orbit hündürlüyünü artırmaq üçün istifadə olunacaq.