Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Olena Zelenska İstanbulda əsir mübadiləsi nəticəsində Türkiyəyə gətirilən “Azov” komandirləri ilə görüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Olena Zelenska tviter səhifəsində Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakla Azovtsal zavodunda döyüşən komandirlər və onların ailələri ilə görüşdüyünü bildirib:
““Azov”un qəhrəmanları ilə Türkiyədə bir araya gəldik. Səy və dözümə görə minnətdarlığımızı bildirdik. Andriy Yermak onların ailələri ilə görüş təşkil etməyə kömək etdi. Bu gün vacib bir gündür, lakin hələ çox uzun bir yol var. Ukrayna azadlıq və hər kəsin evinə qayıtması üçün mübarizə aparacaq”.