Rusiyaya yeni sanksiyalar paketi qəbul edildi

17:32 - 05 Oktyabr 2022

Rusiyaya yeni sanksiyalar paketi qəbul edildi

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 8-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sanksiyaların Rusiya prezidenti Vladimir Putinin Ukraynanın bəzi bölgələrini qanunsuz ilhaq etməsinə sərt cavab olduğu və 8-ci sanksiya paketinin yazılı şəkildə təsdiqlənərək Aİ-nin rəsmi qəzetində dərc olunduqdan sonra qüvvəyə minəcəyi bildirilib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında “Üzv dövlətlərin bu gün 8-ci sanksiyalar paketi ilə bağlı razılaşmasını alqışlayıram. Putinin saxta referendumunu və Ukraynadakı hər hansı ilhaqını əsla qəbul etməyəcəyik” – yazıb.

Avropa İttifaqına üzv 27 ölkə tərəfindən təsdiq edilməli olan yeni sanksiyalar paketi çərçivəsində bəzi şəxslər və təşkilatlar sanksiyalar siyahısına əlavə olunacaq, ticarət və neft idxalına bəzi məhdudiyyətlər qoyulacaq.

Paketə Rusiya neftinin üçüncü ölkələrə satışı üçün maksimum qiymət məsələsi daxil edilib.

Razılaşdırılmış paketin bütün məzmunu hələ paylaşılmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az