Boris Conson Lvov Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO

22:12 - 05 Oktyabr 2022

Boris Conson Lvov Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO

Ukraynanın İvan Franko adına Lvov Milli Universitetinin Elmi Şurası Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona “Fəxri doktor” (Doctor Honoris Causa) adı verib.

 

Manset.az xəbər verir ki, bu barədə təhsil müəssisəsinin mətbuat xidməti “Facebook”da məlumat yayıb.

“Lvov Universitetinin Elmi Şurası Böyük Britaniyanın baş naziri (2019-2022) Boris Consonu “İvan Franko adına Lvov Milli Universitetinin Fəxri doktoru” (Doktor Honoris Causa)” adı ilə təltif edib”, - məlumatda qeyd edilir.

Universitet bildirib ki, bundan əvvəl britaniyalı siyasətçi Lvov Universitetinin akademik icmasının bir hissəsi olmağa rəsmi razılıq verib. Həmçinin yaxın gələcəkdə universitetə baş çəkməyə ümid etdiyini əlavə edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az