Bu gün - oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı baş tutacaq.
Manset.az report-a istinadən xəbər verir ki, iclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.
Onların arasında Azərbaycan da var.
Ölkəmizdən başqa iclasda Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.
Toplantının açılış mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq, 18:00-da isə ikitərəfli görüşlərə start veriləcək.