Uqanda prezidentinin oğlu İtaliyanın yeni baş naziri Meloniyə “Mənimlə evlənməsən, İtaliyanı işğal edəcəm” deyib. O, evlilik təklifini 100 inək vəd edərək edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uqanda prezidentinin oğlu və hərbi komandir Muhuzi Kaibinrugaba, İtaliyada seçkilərdə qalib gələn və baş nazir olmağa hazırlaşan ifrat sağçı Giorgia Meloniyə işarə edərək, Twitter-dəki paylaşımları ilə gündəmə gəlib.
Muhuzi Kaibinrugaba evliliyi təşkil etmək üçün Uqandanın İtaliyadakı səfiri Mali Matsanti təyin etdiyini yazıb.
Kainerugaba, sonradan tez sildiyi tvitində İtaliyanı işğal etməklə hədələyib.
Uqanda prezidenti Yoweri Museveni tvitlərindən sonra oğlunu vəzifəsindən azad edib.