Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin NATO ilə bağlı çağırışını qiymətləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, Zelenskinin NATO-nu Rusiyaya qarşı tədbir görməyə çağırışını 3-cü dünya müharibəsinə başlamaq çağırışı kimi qiymətləndirib:
“Bütün dünya liderləri Zelenskinin bəyanatlarına diqqət yetirməlidir. Xüsusilə ABŞ, Aİ və Böyük Britaniya Zelenskinin bu açıqlamalarına diqqət yetirməlidir. Bu cür bəyanatlar gözlənilməz ağır nəticələri olan növbəti dünya müharibəsinə başlamaq çağırışından başqa bir şey deyil”.