Rusiya musiqisi və rusiyalı ifaçıların qastrolu oktyabrın 7-dən Ukraynada qadağan olunur.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “aqressor dövlətin (red-Rusiya) musiqi məhsullarının ictimai istifadəsinin məhdudlaşdırılması və milli musiqi məhsullarına dəstək haqda sənədə dəyişikliklərin edilməsi barədə” qanunda deyilir.
İctimai nəqliyyatda və taksidə də rus musiqisini dinləmək qadağan olunub.
Rusiya müğənnilərin isə Ukraynaya qastrol səfərləri qadağan edilib.