Lukaşenkodan Putinə qeyri-adi ad günü hədiyyəsi - Qiyməti 5 milyon rubldan çoxdur

18:10 - 07 Oktyabr 2022

Lukaşenkodan Putinə qeyri-adi ad günü hədiyyəsi - Qiyməti 5 milyon rubldan çoxdur

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə 70 illik yubileyi münasibətilə “BELARUS” traktoru hədiyyə edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Bununla yanaşı, “Pul Pervoqo” teleqram kanalında sözügedən traktorun sertifikatının fotosu da paylaşılıb.

Məlum olub ki, Aleksandrın bu hədiyyəsinin qiyməti 5 milyon 590 min rubl olub.

Sertifikatda isə yazılıb: “Vladimir Vladimiroviç Putinə. Yubileyi münasibətilə. Belarus Respublikasının Prezidenti A.Q.Lukaşenko”.

Xatırladaq ki, bu gün Vladimir Putinin 70 yaşı tamam olur.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az