İranda başından güllələnən daha bir yeniyetmənin öldürülməsinə dair fakt üzə çıxdı - FOTO

21:13 - 07 Oktyabr 2022

İranda başından güllələnən daha bir yeniyetmənin öldürülməsinə dair fakt üzə çıxdı - FOTO

İranda baş nahiyəsindən güllələnən daha bir yeniyetmənin öldürülməsinə dair fakt üzə çıxıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Sarina İsmayılzadənin “intihar” iddiası İran mətbuatında dərc olunduqdan sonra, etirazlar zamanı başından güllə yarası alan 14 yaşlı Məhəmməd Rza Sərvərinin vəkili onun ölüm sənədini paylaşaraq İran rəsmilərinə məktub yazıb:

“Sabah onun intihar etdiyini və ya xəstəlikdən öldüyünü deməyin”.

Sənəddə yazılıb: “Atılan bərk cismin dəyməsi nəticəsində qanaxma və beyin toxumasının əzilməsi”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az