Putin və Zelenski G20 sammitində iştirak barədə razılığa gəldilər

21:27 - 07 Oktyabr 2022

Putin və Zelenski G20 sammitində iştirak barədə razılığa gəldilər

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər.

 

Manset.az xəbər verir ki, bu barədə “The National” nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb.

Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq.

“Hər ikisi iştirak etməyə razılaşdılar. Vəziyyət adi deyil”, - diplomat bildirib.

Gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az