Ukraynada güllələnən azərbaycanlılardan ikisinin şəxsiyyəti bəlli olub.
Manset.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna ölənlərin qohumu İsaməddin Əhmədov məlumat verib.
O bildirib ki, hadisə Donetsk şəhərində baş verib. Məlumata görə, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha iki nəfər atəş altına düşüb.
İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində həlak olublar. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir.
Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.
***
Rusiya-Ukrayna sərhədində Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobus partladılıb.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, Ukraynaya tərəfə keçmək istəyən azərbaycanlıların avtobusu vurulub:
“Partlayış nəticəsində xeyli sayda ölənlər var. Onların arasında daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Belə ki, Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb”.
İddialara görə, "referendum"lardan sonra bir ay müddətində sakinlərə seçimlərini etməklə bağlı çağırışdan azərbaycanlılar bəhrələnmək istəyib və Ukraynanı seçiblər. Bunda məqsəd isə Avropaya keçmək və oradan vətənə qayıtmaq, yaxud qaçqın kimi AB ölkələrində yaşamaqdır