Ana 2 aylıq körpəsini bıçaqlayaraq öldürdü

10:16 - 09 Oktyabr 2022

Ana 2 aylıq körpəsini bıçaqlayaraq öldürdü

Türkiyənin Qaziantep bölgəsində ana iki aylıq körpəsini bıçaqlayaraq öldürüb.

Manset.az redaktor.az-a istinadən xəbər verir ki, hadisə Qaziantepin Şahinbey qəsəbəsinin Yeşilevlər məhəlləsində baş verib.

27 yaşlı Nazlı Şəkəroğlu 2 aylıq körpəsi Mustafa Şəkəroğlunu bıçaqladıqdan sonra polisə təslim olub. Övladını amansızlıqla qətlə yetirən ananın psixoloji problemlərinin olduğu iddia edilir. 

Polisə ifadə verən qadın bildirib ki, övladının başqa şəxslər tərəfindən öldürüləcəyindən qorxaraq özü onu qətlə yetirmək qərarına gəlib.

Hadisə ilə əlaqədar qadın saxlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az