Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin və Sadır Japarov arasında telefon danışığı olub.
Manset.az TASS-a istinadən xəbər verir ki, onlar Astanada görüşmək barədə razılığa gəliblər. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində məlumatı təsdiqləyib:
“MDB-nin qeyri-rəsmi sammiti başlamazdan əvvəl prezident Putin prezident Japarovla telefonla danışıb, onlar ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə etməyi davam etdiriblər və Astanada görüşmək barədə razılığa gəliblər”.