"Biz səhvlər baş versə belə, azad, açıq və səmimi dialoqa inanırıq və buna davam edəcəyik. Razılaşmaya bilərik, lakin konstruktiv şəkildə birlikdə işləməyə davam edə bilərik".
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, sərbəst və açıq çıxışlarından sonra Trüdonun sözünü kəsən Xi "danışmazdan əvvəl şərtləri təyin edək" deyib. Əsəbi Çin prezidenti kanadalı nazirin əlini sıxıb və oradan uzaqlaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Xi ilə bir araya gələn Trüdo mətbuat konfransında açıqlayıb ki, görüşdə Kanada vətəndaşlarına müdaxilə məsələsini gündəmə gətirib.
Baş nazir, həmçinin Pekindən maliyyələşən bəzi media orqanlarının seçkilərlə bağlı manipulyasiya xarakterli xəbərlər dərc etdiyini, Çinin “aqressiv oyun” içində olduğunu bildirib.
Bundan başqa, Kanada federal polisinin cümə axşamı yaydığı məlumata görə, onlar Çin tərəfindən qurulan saxta polis məntəqələrini araşdırırlar.
Çin Xarici İşlər Nazirliyi beynəlxalq reaksiyaya səbəb olan görüntülərlə bağlı açıqlama verib.
"Xinin Trüdo ilə söhbəti təhdid deyil. Bu, onlar arasında olan fikir ayrılıqlarının həlli istiqamətində bir addımdır" - açıqlamada bildirilir.