Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında terror aktı törədən Ahlam Albashır əmri kod adı “Hacı” olan terrorçudan alıb.
Manset.az bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə ilkin istintaq ifadəsində deyib.
Terrorçu hadisə zamanı tək olmadığını söyləyib: “Başqa bir terrorçu fotolar çəkirdi”.
A.Albashır bildirib ki, YPG terror təşkilatına 2017-ci ildə qoşulub.