Almaniyada qatarlar toqquşdu

16:55 - 17 Noyabr 2022

Almaniyada qatarlar toqquşdu

Almaniyanın Aşağı Saksoniya əyalətinin Gifhorn şəhəri yaxınlığında iki yük qatarı naməlum səbəbdən toqquşub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yük qatarı önündə dayanaraq “dayan siqnalı”na tabe olan başqa bir yük qatarına çırpılıb.

Propan qazı daşıyan və 25 vaqondan ibarət qatarın maşinisti yaralanaraq xəstəxanaya çatdırılıb, qabaqda olan qatarın maşinisti isə yüngül xəsarət alıb.

Toqquşma nəticəsində bəzi vaqonların relsdən çıxaraq aşıb, iki vaqondan propan qazı sızıb.

Qəza meşəlik ərazidə baş verdiyi üçün insanlar üçün təhlükə yaratmayıb.

Alman Dəmir Yolları şirkəti Deutsche Bahn bir çox qatar səfərlərinin ləğv edildiyini bəyan edib.

Federal Polisin verdiyi açıqlamada qəza ilə bağlı araşdırmanın bir gün çəkəcəyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az