Sergey Lavrov İrəvana səfər edəcək

17:35 - 17 Noyabr 2022

Sergey Lavrov İrəvana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanın paytaxtı İrəvana səfər edəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktor müavini İvan Neçayev bildirib.

Onun sözlərinə görə, S.Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Toplantı noyabrın 23-də İrəvanda keçiriləcək.

İclasda KTMT-nin kollektiv təhlükəsizliyi, regionlarda hərbi-siyasi vəziyyət və təşkilat çərçivəsində terrorçuluğa qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az