BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanda humanitar böhranla bağlı xəbərdarlıq etdi

22:23 - 17 Noyabr 2022

BMT-nin azərbaycanlı rəsmisi Əfqanıstanda humanitar böhranla bağlı xəbərdarlıq etdi

2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq.

 

Manset.az xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib.

"Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik", - əlaqələndirici bildirib.

Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb olub.

"Əhalinin gəlirlərinin dörddə üçü ərzağa xərclənir, 25 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır", - R.Ələkbərov əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az