İstanbulda noyabrın 13-ü törədilən terror aktında iştirak etməkdə şübhəli bilinən 17 nəfər həbs olunub.
Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Ahlam Albashır də var.
Xatırladaq ki, Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb.