Nüsretin restoranında 615 minlik hesab - FOTO

14:28 - 18 Noyabr 2022

Nüsretin restoranında 615 minlik hesab - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında "Formula 1" iştirakçıları alman pilot Sebastian Vettelin vida partisinə yığışıblar. 

20 nəfərdən ibarət qonaqlıq türkiyəli məşhur aşpaz Nüsret Gökcenin Əbu-Dabidə yerləşən restoranında baş tutub. 

Pilotlara bahalı menyu təqdim edilib. İdmançılar şam yeməyində "Petru" şərabı içiblər ki, bunun da bir şüşəsi 27 min dollardır (təxminən 45 min 900 AZN). 

Bahalı qonaqlığın sonunda 615 min 65 BƏƏ dirhəmi (284 min 649 AZN) ödənilib.

İdmançılar bahalı hesabın fotosunu çəkərək paylaşıblar.  

Manset.az  BAKU.WS-ə istinadən həmin qonaqlıqdan lentə alınan fotoları təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az