Atatürk abidəsinə balyozla hücum edən şübhəli şəxs həbs edildi

17:00 - 18 Noyabr 2022

Atatürk abidəsinə balyozla hücum edən şübhəli şəxs həbs edildi

Atatürk abidəsinə balyozla hücum edən şübhəli həbs edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Antalyada Atatürk abidəsinə balyozla hücum edən Ahmet Çakır polis tərəfindən saxlanılıb. Ədliyyəyə sövq edilən Çakır gətirildiyi hakim tərəfindən həbs edilib. Hadisə ötən gün saat 23.30 radələrində Muratpaşa səmtindəki Atatürk Şəhər Meydanında baş verib. Maşını saxlayan şübhəli bel çantasından çıxardığı kiçik balyozla abidənin ucaldığı mərmər blokları sındırıb.

Postamentin hər iki ayağındakı mərmərləri sındıran şəxs maşınına minərək hadisə yerini tərk edib. Antalya Təhlükəsizlik Müdirliyi Təhlükəsizlik Şöbə Müdirliyi qrupları, bələdiyyə təhlükəsizlik işçilərinin xəbəri üzərinə hərəkətə keçərək, təhlükəsizlik kameralarından şübhəlinin Əhməd Çakır olduğunu təyin etdi.

Əməliyyatı təşkil edən qruplar şübhəlini evində nəzarətə götürüb. İfadəsində peşman olmadığını ifadə edərək abidəyə zərər verdiyini etiraf edən Çakır, köçürüldüyü ədliyyədə Sülh cəza hakimliyi tərəfindən həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az