İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

19:55 - 18 Noyabr 2022

İran Fransa avtomobillərinin idxalına qadağa qoydu

İran hökuməti anti-İran sanksiyalarına cavab olaraq “Renault”, “Peugeot”, “Citroen” və digər fransız istehsalçılarının avtomobillərinin ölkəyə idxalına qadağa qoyub.

 

Manset.az xəbər verir ki, İranın Ticarət, Sənaye və Mədən Nazirliyinin sözçüsü deyib:

“Fransızların ötən illərdəki qeyri-peşəkar davranışlarına görə biz artıq “Renault”, “Peugeot”, “Citroen” və Fransa istehsalı olan digər avtomobillərin qeydiyyatı və idxalına icazə vermirik”.

Onun sözlərinə görə, İran hakimiyyət orqanları fransız avtomobil istehsalçılarına sanksiyalar vasitəsilə milli avtomobil sənayesinə təzyiq göstərməyə imkan verməyəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az