İstanbuldakı partlayışda zərərçəkənlərdən 71 nəfəri xəstəxanalardan buraxıldı - FOTO

19:17 - 19 Noyabr 2022

İstanbuldakı partlayışda zərərçəkənlərdən 71 nəfəri xəstəxanalardan buraxıldı - FOTO

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca şənbə günü İstanbulun İstiqlal küçəsində noyabrın 13-də törədilən terror aktından sonra 71 nəfərin xəstəxanalardan buraxıldığını, 10 nəfərin isə müalicəsinin davam etdiyini bildirib.

 

Manset.az xəbər verir ki, “İstiklal küçəsində baş verən partlayışda xəsarət alan 81 nəfərdən bu günə qədər 71 nəfər müalicə olunduqdan sonra xəstəxanalardan evə buraxılıb. 8 nəfərin müalicəsi terapiya palatalarında davam edir. İki xəstə isə reanimasiyadadır”, - nazir “Twitter”də yazıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az