Braziliyada körpüdən çaya atılan körpə möcüzə nəticəsində sağ qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın San-Lourenko-da-Mata şəhərində ötən gün bel çantası ilə körpüdən Kapibaribe çayına atılan yeni doğulmuş qız uşağı balıqçılar tərəfindən sağ-salamat tapılıb. Çayda torbadan gələn körpənin ağlamasını eşidən balıqçılar dərhal suya atılaraq çantanı çıxarıblar.
Çantanın içərisində körpə tapılmasından şoka düşən balıqçılar dərhal polisə müraciət ediblər.
Hadisə şahidi motosikletdə olan bir kişinin çantanı çaya atdığını gördüyünü deyib. Metr hündürlükdən çaya atılan körpənin möcüzəvi şəkildə xilas edilməsi Braziliya mətbuatında böyük səs-küyə səbəb olub.
Həkimlər körpənin bir neçə saat əvvəl doğulduğunu və göbək bağının təsadüfi kəsildiyini bildiriblər. Körpənin vəziyyətinin yaxşılaşdığı və müalicəsinin davam etdiyi bildirilib.
Braziliyada abort qanunsuzdur və əməliyyatla uşaq dünyaya gətirənləri 3 ilə qədər həbs cəzası gözləyir.