Moskvada güclü yanğın: Ölənlər var - YENİLƏNDİ (VİDEO)

22:30 - 20 Noyabr 2022

Moskvada güclü yanğın: Ölənlər var - YENİLƏNDİ (VİDEO)

Yanğın zamanı binada olan 2 nəfər həlak olub.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

19:04

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğının söndürülməsinə üç helikopter və bir yanğınsöndürən qatarı cəlb olunub.

Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az