Zəngin ölkələr kasıb ölkələrə yardım edəcək

10:07 - 21 Noyabr 2022

Zəngin ölkələr kasıb ölkələrə yardım edəcək

Misirin Şarm əl-Şeyx kurort şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının 27-ci Tərəflər Konfransı (COP27) başa çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki həftə davam edən iclaslara dünyanın hər yerindən qatılan nümayəndələr emissiyaların azaldılması istiqamətində mühüm addım ata bilməyiblər. Avropa Birliyi nəticədən "məyus" olduğunu və "emissiyaların azaldılması üçün kifayət qədər addımların atılmadığını" bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş də COP27-nin ölkələri əlavə emissiyaları azaltmağa məcbur edə bilmədiklərini söyləyib.

Zəngin ölkələr ilk dəfə olaraq yoxsul ölkələrin iqlim zərərlərini ödəməyə razılaşıblar. Müvafiq olaraq, kasıb ölkələrdə iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətləri kompensasiya etmək üçün fond yaradılacaq. İqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizə üçün maliyyə yardımı 30 ildir yoxsul dövlətlərin tələbi olub.

Müqavilənin necə həyata keçiriləcəyi və fondun hansı şərtlərlə resursları təmin edəcəyi hələ bəlli deyil. Qlobal səth temperaturu artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədi ilə planlaşdırılan 28-ci iclas gələn il Dubayda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az