Qazaxıstanda növbədənkənar prezident seçkilərinin nəticələri bəlli olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qeyri-rəsmi nəticələrə əsasən, prezident Kasım Comert Tokayev seçkilərdə böyük fərqlə qalib gəlib.
5 namizədlə rəqabət aparan Tokayev 81,3 faiz səs toplayıb.
Ölkə tarixində ilk dəfə olaraq prezident seçkilərində bülletenə “hamıya qarşı” variantı daxil edilib.