Çin nüvə sualtı qayıqlarına yeni nəsil uzaqmənzilli ballistik raketlər yerləşdirməklə ABŞ-la vəziyyəti gərginləşdirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pekinə məxsus 6 nüvə enerjisi ilə işləyən sualtı qayıqların hamısı 12500 km mənzilli JL-3 raketləri ilə təchiz edilib.
Çinin yeni addımını ABŞ Sakit Okean Donanmasının komandanı açıqlayıb və "Bu raketlər ABŞ-ı təhdid etmək üçün yerləşdirilib" - deyib.
O, sözügedən sualtı qayıqlardan hər hansı birinin Havay adaları sahillərində üzməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.