Avstraliyanın Sidney şəhərində ibtidai məktəbdə şagirdlər təcrübə apardığı zaman kimyəvi maddələr partlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində bir müəllim və 11 şagird xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda helikopter, tibb briqadaları və yanğınsöndürənlər cəlb edilib.
Bədənlərindən ağır yanıq xəsarətləri alan şagirdlərdən ikisi təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib. Digər yaralıların birinci dərəcəli yanıq xəsarətləri olduğu bildirilib.
Hadisədən sonra aparılan araşdırmalar nəticəsində təcrübədə natrium bikarbonat və metil spirtindən istifadə edildiyi məlum olub.