QORXUNC HADİSƏ! İsti hava balonu tamaşaçıların üzərinə sürükləndi: 14 yaralı

19:08 - 21 Noyabr 2022

QORXUNC HADİSƏ! İsti hava balonu tamaşaçıların üzərinə sürükləndi: 14 yaralı

Meksikanın Quanaxuato əyalətinin Leon şəhərində keçirilən hava şarı festivalında şarlardan birinin idarədən çıxaraq tamaşaçıların üzərinə sürüklənməsi nəticəsində 14 nəfər yaralanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli DJ-lər Tiesto və Martin Qarriks festivalda çıxış edərkən Tiestonun ifası zamanı yerə bağlanmış hava şarlarından biri idarədən çıxıb.

Balonun tamaşaçılara doğru sürüklənməsi nəticəsində 14 nəfər yaralanıb. Leon şəhərinin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Katibliyindən verilən açıqlamada bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olan 6 nəfər xəstəxanaya aparılıb.

Səlahiyyətlilər, hava şarına səlahiyyətlilərin sürətli nəzarəti sayəsində böyük bir fəlakətin qarşısının alındığını və qəza ilə bağlı araşdırma başladıldığını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az