Batumi limanındakı bomba xəbəri YALAN çıxdı – YENİLƏNDİ

23:36 - 21 Noyabr 2022

Batumi limanındakı bomba xəbəri YALAN çıxdı – YENİLƏNDİ

İstehkamçılar Batumi limanında gəmidə partlayıcı qurğu tapmayıblar.

 

Manset.az xəbər verir ki, bu barədə bazar ertəsi yerli TV25 telekanalı məlumat yayıb.

Məlumata görə, gəminin minalanması ilə bağlı xəbərdən sonra mümkün partlayıcı qurğunun axtarışı üzrə işlər dörd saatdan çox davam edib.

Axtarışlardan sonra yük terminalı normal fəaliyyətini bərpa edib.

***

Gürcüstan polisi Batumi limanına səfərbər edilib. Əraziyə giriş və çıxış bağlanıb.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, liman administrasiyasının əməkdaşları Bolqarıstan bayrağı altında üzən gəmidə axtarışlar aparıblar.

“Məlumat yayılıb ki, gəmi terminalı tərk edərsə, mina partlayacaq. Baş verənlərin təfərrüatlarını bilmirəm, biz həmişəki kimi işləyirik”, - liman işçilərindən biri jurnalistlərə bildirib.

Məlumata görə, Liman İdarəsinə gəmiyə partlayıcı qurğu qoyulması ilə bağlı anonim zəng daxil olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələlik məsələ ilə bağlı şərh verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az