Fransa Ermənistanın tələbini RƏDD ETDİ

11:32 - 22 Noyabr 2022

Fransa Ermənistanın tələbini RƏDD ETDİ

Fransa Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Məlumata görə, istintaq zamanı Xaçatryanın Fransada olması məlum olub. Bunun ardınca onun ekstradisiya olunması barədə rəsmi Parisə müraciət edilib. Fransa isə Ermənistanın sözügedən tələbini rədd edib.

Qeyd edək ki, 2019-cu ildə S.Xaçatryana qarşı ittiham irəli sürülüb və o, axtarışa verilib. Keçmiş qubernator vəzifə öhdəliklərindən sui-istifadədə və vəzifəsi ilə bağlı saxtakarlıqda ittiham olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az