Çinin şərqindəki Henan əyalətinin Anyang şəhərində kimyəvi maddələr və digər sənaye məhsulları satışı ilə məşğul olan şirkətin fabrikində yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, əraziyə 200-dən çox axtarış-xilasetmə işçisi və 63 yanğınsöndürən maşın cəlb edilib. Yanğında ən azı 36 nəfərin öldüyü, 2 nəfərin isə yaralı olaraq xəstəxanaya aparıldığı açıqlanıb. İtkin düşən 2 nəfərin axtarışlarının davam edir.
4 saatlıq gərgin səylərdən sonra alov nəzarət altına alınıb. Yanğının səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.