ABŞ-dan “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı BƏYANAT

13:08 - 22 Noyabr 2022

ABŞ-dan “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı BƏYANAT

Türkiyə Suriya və Şimali İraqa qarşı “Pəncəli Qılınc” hava əməliyyatı həyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hava əməliyyatı çərçivəsində terrorçuların hədəfləri müvəffəqiyyətlə vurulub.

Əməliyyatla bağlı ABŞ açıqlama verib.

ABŞ Dövlət Departamentinin rəsmi internet saytında yayımlanan mesajda aşağıdakı ifadələr yer alıb:

“Suriyada və Türkiyədə mülki əhalinin itkisi ilə bağlı səmimi başsağlığımızı bildiririk və mülki əhalinin qorunması və İŞİD-i məğlub etmək kimi ümumi hədəfi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq. Biz İraqda İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik”.

ABŞ terror hədəflərinə qarşı əməliyyatda həlak olanları "mülki" adlandıraraq, Türkiyəyə hücuma görə başsağlığı verib, lakin qınama mesajı yayımlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az