Terror təşkilatı PKK Suriyanın Azaz şəhərinə raket zərbəsi endirib. Hücum zamanı biri uşaq olmaqla 5 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, terror təşkilatı PKK mülki vətəndaşları hədəf almağa davam edir. Suriyanın Hələb şəhərinin çölündə yerləşən Azezdə terror təşkilatı PKK tərəfindən raket hücumu həyata keçirilib.
Şəhər mərkəzini hədəf alan hücumda 1-i uşaq olmaqla, 5 nəfər həyatını itirib.