Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Düzcedə yerli vaxtla saat 4 radələrində baş verən 5,9 bal gücündə zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb.
Manset.az xəbər verir ki, Düzcedə 37, İstanbulda 1, Zonquldakda 6, Sakaryada 1, Boluda 1 olmaqla, ümumilikdə 50 nəfər yaralanıb.
Həmçinin Düzce Çay Məhəlləsində yaşayan 63 yaşlı Sevim Çengelin zəlzələdən sonra təlaşa düşdüyü və infarkt nəticəsində öldüyü qeyd olunub.
10:22
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Mənbə: Anadolu
08:35
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ nəticəsində yaralanların sayının 35 nəfərə çatdığını bildirib.
Manset.az xəbər verir ki, Düzcedə 32, İstanbulda 1, Zonguldakda 1 və Boluda 1 nəfər xəsarət alıb. Düzcedə yaralanan şəxslərdən birinin vəziyyəti ağırdır.


***
Baş verən zəlzələdə 22 nəfər yaralanıb.
Manaset.az xəbər verir ki, bu barədə məlumatı səhiyyə naziri Fahrettin Koca rəsmi tviter hesabında yazıb.
“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - nazir qeyd edib.
***
Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.
Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.
Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soyulu tviter hesablarında paylaşım ediblər. Onlar təbii fəlakət nəticəsində hələ ki, insan təlafatı barədə məlumat daxil olmadığını bildiriblər.