Az qala III Dünya Müharibəsinə səbəb olurdu - Jurnalist səhvinin əvəzini belə ödədi

12:10 - 23 Noyabr 2022

Az qala III Dünya Müharibəsinə səbəb olurdu - Jurnalist səhvinin əvəzini belə ödədi

Beynəlxalq xəbər agentliyi Associated Press noyabrın 15-də Polşa-Ukrayna sərhədindəki Prjevodov kəndinə düşən raketlə bağlı yalan xəbərlər yayan amerikalı müxbirin işinə son verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AP müxbiri Ceyms LaPorta 2 nəfərin ölümünə səbəb olan partlayışın “Rusiya raketi” ilə törədildiyini ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisinə əsaslanaraq yazdığı üçün işini itirib.

 Sözügedən raketin Ukrayna hava hücumundan müdafiə sisteminə aid olduğu müəyyən edilib.

AP-nin verdiyi bəyanatda deyilir: "Xəbərlərimizin dəqiq, ədalətli və faktlara əsaslanmasını təmin etmək üçün anonim mənbələrdən istifadə də daxil olmaqla standartlara əməl edirik və tətbiq edirik".

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az