İran İnqilab Keşikçiləri Korpusunun polkovniki Suriyada öldürüldü

13:02 - 23 Noyabr 2022

İran İnqilab Keşikçiləri Korpusunun polkovniki Suriyada öldürüldü

İran İnqilab Keşikçiləri Ordusunun polkovniki Davud Cəfəri Suriyanın paytaxtı Dəməşqdə bombalı hücum nəticəsində həlak olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran İnqilab Keşikçiləri Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin polkovniki Davud Cəfərinin İsrail qüvvələrinin yol kənarına yerləşdirdiyi bombanın partlaması nəticəsində öldüyünü açıqlayıb.

Açıqlamada, “İsrail rejiminin törətdiyi qətl qarşısında lazımi cavabı verəcəyik. Suriyada hərbi müşaviri olan polkovnik Davud Cəfərinin dəfn mərasimi ilə bağlı vətəndaşlarımıza məlumat veriləcək” - deyilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az