Macarıstan baş nazirinin taxdığı şərf ortalığı qarışdırdı – Ukraynadakı səfirə nota veriləcək (FOTO)

13:20 - 23 Noyabr 2022

Macarıstan baş nazirinin taxdığı şərf ortalığı qarışdırdı – Ukraynadakı səfirə nota veriləcək (FOTO)

Macarıstanın sağçı baş naziri Viktor Orbanın dünən paylaşdığı videoda taxdığı şərf ortalığı qarışdırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şərfdə “Böyük Macarıstan” xəritəsi yer alıb.

Xəritədə Macarıstan ərazisində Ukraynanın bir hissəsinin olması sərt reaksiyaya səbəb olub.

Orbanın şərfindəki “Böyük Macarıstan” xəritəsində Ukrayna ilə yanaşı, Avstriya, Slovakiya, Xorvatiya, Serbiya və Rumıniyadan da regionlar var.

Görüntülərin ortaya çıxmasından sonra Ukraynadan reaksiya gəlib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko, "Macarıstanın işğalçılıq ideyasını üzə çıxarmaq Ukrayna-Macarıstan əlaqələrinin inkişafına kömək etməyəcək" - deyib. Nikolenko, Macarıstanın Ukraynadakı səfirinə notanın veriləcəyini də bildirib.

Mövzu ilə bağlı Facebook hesabından açıqlama verən Orban, "Futbol siyasət demək deyil. Gerçək olmayan şeylərə qiymət verməyin. Macarıstan millisi harada yaşamasından asılı olmayaraq bütün Macarıstan xalqına məxsusdur" - deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az