Moskvada hoteldə yanğın - 200 nəfər təxliyə edildi (VİDEO)

13:51 - 23 Noyabr 2022

Moskvada hoteldə yanğın - 200 nəfər təxliyə edildi (VİDEO)

Rusiyanın paytaxtı Moskvanın Solneçnoqorsk rayonu yaxınlığında yerləşən “Hotel Hot Şeremetyovo” adlı hoteldə səhər saatlarında yanğın baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları cəlb olunub.

Hoteldə qalan 200 nəfər təxliyə edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada yanğına binanın zirzəmisində yanacaq daşıyan tankerin borusunda təmir işlərinin aparılması və boruların bir-birinə yaxşı bağlanmaması səbəbindən baş verən sızma səbəb olduğu bildirilib.

Yanğın nəzarət altına alınıb.

Həm Moskva Rayon Prokurorluğu, həm də Rusiya İstintaq Komitəsi yanğınla bağlı araşdırmalara başlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az