İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Premyer Liqa təmsilçisi ispaniyalı mütəxəssislə 2025-ci ilə qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib.
Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2016-cı ildən Mançester təmsilçisində işləyir.