Böyük Britaniya müharibədə ilk dəfə Ukraynaya helikopter göndərəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles müharibədə dəstək olaraq Ukraynaya əvvəllər orduda istifadə edilən “Sea King” helikopterlərini göndərəcəklərini bildirib.
Ölkənin ictimai yayımı olan BBC, göndəriləcək üç helikopterdən birincisinin Ukraynaya çatdığını bəyan edib.